Miri Yusif xanımına mahnı həsr etdi - Fotolar

miri-yusif-xanimina-mahni-hesr-etdi
Oxunma sayı: 4495

Bu gün müğənni Miri Yusif yeni klipini təqdim edib.

Qafqazinfo” xəbər verir ki, “Bomba kimi” mahnısına çəkilən klipin rejissoru Fərhad Əlidir.

Müğənni mahnını rusiyalı DJ Matuya ilə birlikdə ifa edib, klipdə Rusiyadan dəvət olunmuş rəqqasələr iştirak edib.

Təqdimat mərasimində Miri Yusif mahnının necə ərsəyə gəlməsindən danışıb:

“Matuya mahnının adının “Bomba kimi” olmağını istəyirdi. Rusiyada bu söz fərqli səslənir, qeyri-adi bir şeydir. Mənə dedi ki, mahnının sözlərini nə qədər müddətə yazıb bitirərsən? Mən isə cavab verdim ki, bu adi şey deyil. İnsana vəhy birdən gəlir. Evə gəldim, uşaqlar, həyat yoldaşım bir yandan danışır, səs-küydü. Mən isə otağa keçib mahnının sözlərini yazmağa başladım. Mahnının sözlərində həyat yoldaşımdan bəhs edilir”.

İfaçı təqdimat mərasimində əməkdar artist Röya Ayxanla yeni duet oxuyacağını bildirib:

Röya peşəkar və mükəmməl biridir. Yaşıl Teatrdakı konsertimdə bu duet təqdim ediləcək”.

Fotolar: Nuran