“Millət vəkili seçilmək mənə problem deyil” - 10 min imza yığıb?

millet-vekili-secilmek-mene-problem-deyil-
Oxunma sayı: 5359

Deputatlığa namizədliyini irəli sürən əməkdar artist Elza Seyidcahan imza vərəqələrini vaxtında Dairə Seçki Komissiyasına təhvil verib.

"Qafqazinfo" xəbər verir ki, bu açıqlamanı cebhe.info-ya müğənninin özü verib.

O, imzatoplama mərhələsini çox asanlıqla və qısa müddətdə başa vurduğunu deyib.

Elza Seyidcahan millət vəkili seçiləcəyinə əmindir: “Mən iki gün ərzində 10050 imza toplamışam. Hesab edirsiniz ki, mən imza toplamaya bilərəm? Heç bilirsiniz ki, mənim nə qədər seçicilərim var? Mənim üçün millət vəkili seçilmək problem deyil”.

Xatırladaq ki, noyabrın 1-də keçiriləcək parlament seçkilərinə qatılan Elza Seyidcahan 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən namizədliyini irəli sürüb.

***

“Deputatlığa namizəd Elza Seyidcahanın iki gün ərzində 10 050 imza toplaması ilə bağlı səsləndirdyi fikirlər həqiqəti əks etdirmir”.

Bu fikirləri AzVision.az-a açıqlamasında 54 Şabran-Siyəzən Dairə Seçki Komissiyasının sədri Saleh Təhməzov bildirib.

Onun sözlərinə görə, E. Seyidcana 11 imza vərəqəsi verilib ki, orada cəmi 550 insanın imza etməsi mümkündür: “E. Seyidcahana sentyabrın 23-də 11 imza vərəqəsi verilib. 2 gün sonra vəkili zəng edib bildirdi ki, imza toplamanma prosesini yekunlaşdırıblar. Daha sonra istiqamət verdikdən sonra zəruri sənədləri təqdim ediblər. Oktyabrın 2-də isə imza vərəqələrini DSK-ya təqdim ediblər və artıq qeydiyyata alınıb. Hazırda işçi qrupu imzaların dəqiqliyini yoxlayır. Bundan sonra onun namizədliyinin qeydə alınıb-alınmaması bilinəcək”.