Mikayılın verilişi bağlanır? - Açıqlama

mikayilin-verilisi-baglanir
Oxunma sayı: 9388

Bir neçə gündür ki, Azərbaycan televiziyalarında yayımlanan populyar verilişlər bir-birinin ardınca bağlanır. Bu gün isə sosial şəbəkədə “Space”də yayımlanan “Sevimli şou”nun bağlanması haqda məlumatlar yayılıb.

Məsələyə aydınlıq gətirmək üçün verilişin aparıcısı Mikayıl Güləddinoğlu ilə əlaqə saxladıq. “Qafqazinfo”ya açıqlamasında aparıcı bildirdi ki, yayılan məlumatlar əsassızdır:

“Bu məlumatı sizdən eşitdim. İndi mənə zəng gəldi, işə gedirəm. Təklif var ki, “Sevimli şou”nun təkrarı bazar günləri efirə getsin”.

Qeyd edək ki, “Sevimli şou” hər həftənin bazar ertəsi günü yayımlanır.

Könül