Məşhurların yaşadığı qəsəbədə yanğın - 5 min nəfər təxliyyə edildi

meshurlarin-yasadigi-qesebede-yangin
Oxunma sayı: 2238

Kaliforniyanın cənubundakı Calabasas qəsəbəsində böyük yanğın baş verib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Kanye West, Kim Kardashian, Jennifer Lopez, Kylie Jenner və Jessica Simpson kimi ulduzların yaşadığı ərazidən 5 min nəfər təxliyyə edilib.

Məşhurların evlərinin də zərər gördüyü qəsəbəyə yüzlərlə xilasetmə qüvvələri cəlb edilib.

Yanğın zamanı Kimin bacıları Khloe ilə Kourtney Kardashian, Katie Holmes və Mariah Careyə qonşu olan evlər külə çevirilib.