Məşhurlar təqdimat mərasimində - Fotolar

meshurlar-teqdimat-merasiminde
Oxunma sayı: 3405

Bəstəkar Tərlan Məmmədhüseynovun "Səs" kompozisiyasına çəkilmiş klipin təqdimat mərasimi olub.

“Qafqazinfo”nun məlumatına görə, aparıcı Kəmalə Piriyeva ilə Elçin Qasımovun rol aldığı klipə rejissor Evin Əhmədov ekran həyatı verib.

Qonaqları salamlayan bəstəkar klipin ürəyincə olduğunu bildirib:

““Bozbash Pictures” layihəsinin tanınmış aktyoru Elşən Orucov klipin bütün yükünü üzərinə götürdü, prodüserlik etdi. Kompozisiyanı 3 ildir ki, yazmışdım. Mənim işim musiqini yazandan sonra bitir. Elşənlə klip çəkməyi çoxdan istəyirdik. Mahnıya bir neçə ssenari yazılmışdı, bu ssenaridən razı qaldım. İkinci işimiz üzərində çalışırıq”.

Mərasimə xalq artisti Aygün Kazımova, əməkdar artist Abbas Bağırov, Zamiq Hüseynov, Günay İbrahimli, Emil Bədəlov, Yaşar Yusub, Boris, teleaparıcılar İlkin Həsəni, Samir Bayramlı və başqaları qatılıb.

Könül

Fotolar: Nuran Məmmədov