Məşhurlar “Stalinin başı”nın qalasında - Fotolar

meshurlar-stalinin-basinin-qalasinda
Oxunma sayı: 6508

Ötən gün “Stalinin başı” filminin qala gecəsi keçirilib.

Qafqazinfo” xəbər verir ki, təqdimat mərasimi Nizami Kino Mərkəzində baş tutub. Gecədə kino və şou dünyasının tanınmış simaları qatılıb.

Filmin prodüseri və qəhrəmanı İlkin Həsəni ekran işinin uğur qazanacağına inanır:

““Axırıncı Yol” ən çox baxılan filmlər siyahısında idi. İlk öncə buna görə bütün tamaşaçılara təşəkkür edirəm. Bu film isə daha dionamikdir və çox tamaşaçı auditoriyası toplayacaq. Çəkilişlər Azərbaycanda və Gürcüstanda baş tutub. Ən böyük çətinliyimiz də orada olub”.

“Bozbaş pictures”in istehsalı olan film komediya janrındadır.

Ekran işində İlkin Həsəni, Ramil Babayev, Nicat Rəhimov, Elşən Orucov və başqaları çəkilib. Filmin rejissoru Emil Abdullayevdir.

Fotolar: Nuran Məmmədov