Ötən gün müasir standartlara cavab verən “Orbita” fitnes zalının açılışı baş tutub.
“Qafqazinfo” xəbər verir ki, Nizami rayonunda yerləşən zalın açılışında tanınmış idmançılar, incəsənət üzvləri iştirak edib.
Açılış lentini müğənni Rəşad İlyasov kəsib, özəl günün aparıcısı isə Humay Muxtarova olub.
Peşəkar məşqçilərin çalışdığı məkanın açılışında Samira Allahverdi, Səidə Sultan, Niyam Salami, Samiraldo, Vüsal Hacıyev, Ceyhun Vəliyev və başqaları iştirak ediblər.
Məşhurlara və özəl qonaqlara fitnes zalın xidmətlərindən yararlanmaq üçün kartlar hədiyyə olunub. Bildirilib ki, məkanda yeniyetmə və gənclərin idmanla məşğul olması üçün hər bir şərait yaradılıb.
Həmçinin, zalın maddi-texniki bazası müasir standartlara cavab verir.
Mərkəzdə çalışan peşəkar məşqçilər isə bu sahəyə aid müxtəlif idman növlərində dünya, Avropa və ölkə çempionluğunu qazanmış şəxslərdirlər. Həmçinin, zaldan həm xanımlar, həm də kişilər yararlana bilərlər. Xanımlar üçün Ukraynadan xüsusi trennerlər dəvət olunub.
Bir sıra idman hərəkətlərinin birləşməsindən yaranan idman növü olan fitneslə məşğul olmaq istəyənlər mərkəzə üz tuta bilərlər. Qiymətlər isə münasibdir.
Ünvan: Nizami rayonu, Əlif Hacıyev 46E (“Sevinc” restoranının arxası)
Tel.: (055) 383 00 00

















Son xəbərlər
Son Xəbərlər