Məşhur TV ulduzu “pis ana” damğası aldı

meshur-tv-ulduzu-pis-ana-damgasi-aldi
Oxunma sayı: 4125

Məşhur televiziya ulduzu Farrah Abraham etdiyi son hərəkətiylə sosial şəbəkədə “pis ana” damğası alıb.

"Qafqazinfo" xəbər verir ki, “Teen Mom” adlı televiziya şousuyla tanınan ulduzun “Snapchat”da paylaşdığı qızının fotosu qalmaqala səbəb olub.

F.Abraham 7 yaşlı qızı Sophianın parkda dirəyə yapışmış fotosunu paylaşaraq “Bu səbəbdən belə parklar çox məşhurdur”,- şərhini yazıb.

Daha sonra Abraham sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid atəşinə tutulub. 17 yaşında ana olan TV ulduzunun qızı gecə klublarında striptiz göstərən rəqqasələrə bənzədilib.