Məşhur şoumen Rafetin arvadı ilə sevgilidir?

meshur-soumen-rafetin-arvadi-ile-sevgilidir
Oxunma sayı: 3330

Məşhur şoumen Mehmet Ali Erbil ilə Rafet El Romanın həyat yoldaşı Ceren El Romanın eşq yaşaması Türkiyə gündəmini zəbt edib.

Qafqazinfo” xəbər verir ki, Ceren sonuncu dəfə məşhur aparıcının Yeniköy ərazisindəki evində görüntülənib.
Daha əvvəl isə Cerenin El Romanın qızları- Su Elnur və Şevval ilə münasibətlərini korladığı, bu səbəbdən evdə tez-tez mübahisələrin baş verdiyi məlum olub.

Mehmet Ali Erbillə Kiprə tətilə gedən qadının son günlərdə həyat yoldaşının telefonlarına belə cavab verməyib.

R. El Roman mövzu ilə bağlı açıqlama verib, yayılan xəbərlərin şayiə olduğunu söyləyib:

“Ceren ilə Almaniyada reallaşdırdığımız evlilik həyatını bitiririk, düzdü, onunla boşanıram. İlk məhkəmə oktyabr ayında baş tutacaq. Onun şəxsi həyatı mənə maraqlı deyil. Mehmet Ali Erbil mənim böyük qardaşımdır. Bu barədə danışmaq istəmirəm”.