Məşhur serial bu görüntülərə görə cərimələndi - Video

meshur-serial-bu-goruntulere-gore-cerimelendi
Oxunma sayı: 17637

Türkiyənin Radio-Televiziya Şurası ( RTÜK) Fox TV-də yayımlanan “Aşk yenidən” serialını cərimələyib.

Qafqazinfo” xəbər verir ki, serialın 30-cu bölümündə “Fateh” obrazının yuxu səhnəsi göstərilib.
2 dəqiqə ərzində hovuzda çimərlik geyimində qızlar efirə verilib.

Yayımda qadınların bədənlərinə xüsusi diqqət ayrılıb, çox vaxt yaxın çəkilişlərdən istifadə olunub.
RTÜK yuxu səhnəsinin uşaq və gənclərin ekranda ola biləcəyi vaxtda yayımlandığını bildirib, bu səhnənin uşaq və gənclərin fiziki, zehni və əxlaqi inkişafları baxımından təhlükəli nəticələr doğura biləcəyini qeyd edib.

Qadınlara isə bu ekran işində “cinsi obyekt” kimi baxıldığı vurğulanıb.