Məşhur müğənnini yataq fotoları ilə şantaj etdi - Eks-sevgilisi

meshur-mugennini-yataq-fotolari-ile-santaj-etdi
Oxunma sayı: 4707

“Hayatı tesbih yapmışım” mahnısıyla məşhurlaşan Ferman Toprakın başına iş gəlib.

Qafqazinfo” xəbər verir ki, müğənni polisə şöbəsinə Türkan K. adlı xanımdan şikayət edib.

Toprak şikayət ərizəsində bildirib ki, xanım onu çılpaq və yataqda çəkilən fotolarını yaymaqla şantaj edərək 100 min dollar istəyib.

Müğənni şikayətçi olduğu xanımın 5 il həbs olunmasını tələb edib.

Daha sonra məlum olub ki, Ferman və Türkan bir müddət sevgili olub.

Müğənni daha sonra başqasıyla nişanlanıb, eks-sevgilisi isə onu cəzalandırmaq üçün belə bir addım atmağa çalışıb.