Məşhur müğənni nişanlandı - İngiltərəyə gəlin köçür

meshur-mugenni-nisanlandi
Oxunma sayı: 3359

Türkiyəli müğənni Nez İngiltərəyə gəlin köçür.

Qafqazinfo” xəbər verir ki, sənətçi ötən həftə aktyor Eylem Ünüvar ilə nişanlanıb.

Müğənni nişandan sonra jurnalistlərin suallarını cavablandırıb, toydan sonra İngiltərədə yaşayacağını bildirib:

“Eylem mənə çox qiymət verir, sevir. Mən də onu çox sevirəm. Ailəsi elçilik üçün İngiltərədən gəlib. Mən də ona duzlu qəhvə hazırladım. Maraqlı anlardı. Noyabr ayında toyumuzdu. Daha sonra dostlarımla vidalaşacam, ora gəlin köçürəm”.