Məşhur aktyor öldü

meshur-aktyor-oldu
Oxunma sayı: 2448

Amerikalı aktyor və prodüser Bill Nann 63 yaşında dünyasını dəyişib.

Qafqazinfo”nun “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə Feysbukda rejissor, ssenarist və prodüser Spayk Li yazıb.

Onun sözlərinə görə, akytor sentyabrın 24-də Pensilvaniya ştatının doğma Pittsburq şəhərində dünyasını dəyişib. O, Bill Nannın hansı səbəbdən öldüyünü yazmayıb.

Qeyd edək ki, Bill Nann “Hörmüçək adam”, “Lazım olduğu kimi et” və “Pianoçu haqqında əfsanə” kimi filmlərlə məşhurlaşıb, 70-dən çox film və seriallarda çəkilib.