Məşhur aktyor avtobus dayanacağında - Foto

meshur-aktyor-avtobus-dayanacaginda
Oxunma sayı: 7198

Türkiyənin məşhur komediya aktyoru Cem Yılmaz avtobus dayanacağında görüntülənib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, aktyor Ağmərkəzdə VİP avtobusunu gözləyən zaman fotokameralarda əks olunub.

Ortaköy - Taksim səfəri edən bir avtobus Yılmazın tam qarşısında durub.

Sürücü və sərnişinlər Yılmaza “Cem Ağabəy”-deyə qışqıraraq müraciət edəndə aktyor pərəstişkarlarına əl yelləyərək cavab verib.