Məşhur aktrisa ağladı - “Ürəyimiz buna dözməyəcək...”

meshur-aktrisa-agladi
Oxunma sayı: 3711

Avropanın ən böyük uşaq və gənclik kino festivalı olan “Giffoni”ndə “Həyat boyu uğur” mükafatını qazanan Jennifer Aniston göz yaşlarını saxlaya bilməyib.

Qafqazinfo” daily mailə istinadən xəbər verir ki, Hollivud ulduzu gənc pərəstişkarları ilə görüş keçirib, onların suallarını cavablandırıb.

47 yaşlı aktrisa görüş zamanı göz yaşlarını saxlaya bilməyib, sevənlərinin suallarına cavab verib:

“Sən ofisant, çörəkçi, şagird ola bilərsən. Günün sonunda isə hamımızın insan olduğunu anlayırıq. Həyatda ayrılıqlar yaşadığımız zaman divarları yumruqlayırıq, daha uzağa getməyəcəyimizi düşünürük. Elə bilirik ki, ürəyimiz buna dözməyəcək. Bu, çox böyük bir acıdır.

Uğurlarımızı daha da artırmaq istəyirik, amma gücümüzün kifayət qədər olmadığını düşünürük. Ayaq üstdə qalmaq üçün möcüzəvi bir şəkildə addımlarımızı atırıq, mən də bu addımları atmışam. Möcüzəyə inanmayaq, özümüzü güclü hiss edək”.