“Mən rusam, kişiləri sevirəm” - İrina Şeyk

men-rusam-kisileri-sevirem
Oxunma sayı: 8856

Rusiyalı model İrina Şeyk “GQ” jurnalı üçün kamera qarşısına keçib.

Qafqazinfo”nun rus mətbuatına istinadən verdiyi məlumata görə, müəllifi Mario Sorrentinin olduğu fotolarda İrina Şeyk təmamilə çılpaq soyunub.

O, jurnala müsahibəsində bildirib ki, uşaq vaxtı özünü çirkin hesab edib və həmişə oğlan olmağı arzulayıb: “Mən balaca şəhərdə doğulub orda böyümüşəm. Öz həyatımdan heç bir zaman razı olmamışam. 14 yaşımda sol əlimi belə verməyə razı idim, təki oğlan olum. O zamanlar özümü çox çirkin hesab edirdim. Düşünürdüm ki, insanlar məndən buna görə uzaqlaşırlar”.

Model müsahibəsində həmçinin qeyd edib ki, qadınlara qarşı onda maraq yoxdur: “Mən rusam. Kişiləri, brilliantları və kürünü xoşlayıram”.