“Mən internatda olarkən...” - Bahar Lətifqızı

men-internatda-olarken
Oxunma sayı: 11306

Uşaq evini ziyarət edən müğənni Bahar Lətifqızı göz yaşı töküb.

“Qafqazinfo”nun məlumatına görə, internatda böyüyən müğənni “Star life” verilişinə açıqlamasında uşaqlıq illərini xatırladığını bildirib:

“Kimsəsiz uşaqlara geyim, məktəb ləvazımatı alınsa, onlar da yaxşı təhsil alar. Mən çox savadsız olmuşam, oxumamışam. Burdakı uşaqlar məni duyğulandırıb. Mən internatda olarkən kimsə hədiyyə verəndə deyirdim ki, axşam yeyərəm. Burdakı uşaq da eyni ifadəni işlətdi. Elə bildim ki, özüməm. İnternatda mənlə böyüyən qardaşlığım yazıb ki, oğullu-uşaqlıyıq, amma uşaqlığımızın həsrətindəyik. Bu həyatı görəndən sonra başa düşürsən ki, əsl insan olmaq lazımdır”.

Könül