Məhkəmədə uduzan aktrisa huşunu itirdi - Fotolar

mehkemede-uduzan-aktrisa-husunu-itirdi
Oxunma sayı: 5951

Türkiyəli aktrisa Filiz Taçbaş gənc yaşlarında çəkdirdiyi açıq-saçıq fotoların internetdə yayılmasının qarşısını almaq üçün Məhəmməd K. Adlı kompyuter mütəxəssisi ilə razılaşıb.

Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, həmin şəxs aktrisadan külli miqdarda pul alaraq şəkilləri saytlardan sildirib. Lakin aparıcısı olmaq üçün anlaşdığı verilişdən alacağı pula güvənən Taçbaşın proqramla müqaviləsi ləğv olduğundan o, pulu ödəyə bilməyib. Bundan sonra Məhəmməd K. Dostu ilə birlikdə Taçbaşa qızının yanında məcburi şəkildə sənəd imzalatdırmağa çalışıb.

İddiaya görə aktrisa sənədi imzalamaqdan imtina edib. Lakin qarşı tərəf “Yaşadığın yeri bilirik. Qızının sağlığını düşünürsənsə, buna imza atarsan” deyə onu şantaj edib. Nəticədə, Filiz Taçbaş sənədi imzalamalı olub.

Aktrisa ona zorla sənəd imzaladan şəxslərdən məhkəməyə şikayət edib.

İstanbul 12-ci ağır Cəza Məhkəməsində keçirilən prosesdə Məhəmməd Mustafa Kobazoğlu və şahid Mehmet Fatih Taşçı lazımi sübut tapılmadığından sərbəst buraxılıblar.

Məşhur aktrisa isə məhkəmənin qərarından sonra sinir krizi keçirərək huşunu itirib.