Məhkəmə qadını döyən ifaçıya hökm oxudu - Fotolar

mehkeme-qadini-doyen-ifaciya-hokm-oxudu
Oxunma sayı: 2572

Türkiyə məhkəməsi məşhur rok ifaçısı Hayko Cepkinə hökm oxuyub.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, iki il əvvəl Beyoğlu ərazisində qadını döyməkdə günahlandırılan ifaçının məhkəmə prosesi yekunlaşıb.

İstanbul Asliyə Cəza Məhkəməsində baş tutan prosesdə şikayətçi Gülşən.A. və Cepkinin vəkili iştirak edib.

Hakim prosesdə sənətçinin mövqeyini nəzərə alaraq 1000 türk lirəsi pul cəzası verilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, hadisə İstanbuldakı yerli barların qarşısında baş verib. Şikayətçinin dostları Haykoya salam verib. Bu zaman Gülşən. A. “Bu kimdir ki, ona salam veririsiz” sözlərindən istifadə edib.

Buna əsəbləşən rok ifaçısı qadına başı ilə zərbə endirib, təpikləməyə başlayıb.

Başından ağır yaralanan qadın məhkəməyə müraciət edib.