Məhkəmə Conni Depin arvadına yaxınlaşmasına qadağa qoydu - Foto

mehkeme-conni-depin-arvadina-yaxinlasmasina-qadaga-qoydu
Oxunma sayı: 4147

Amerikalı aktrisa Ember Hörd əri, aktyor Conni Dep tərəfindən döyülüb.

Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 30 yaşlı aktrisa 52 yaşlı əri tərəfindən zorakılığa məruz qaldığına görə onu məhkəməyə verib.

Hörd məhkəməyə üzündə sarğı ilə qatılıb. O, döyülmə faktı kimi məhkəməyə şəkillər təqdim edib.

Aktrisanın sözlərinə görə, əri onun üzünə mobil telefonunu çırpıb, saçlarını yolub, üstünə qışqırıb, pis şəkildə döyüb.

Hörd ərinin o anda içkili və narkotikanın təsirində olduğunu söyləyib.

E. Hörd Deppin “qaçılmaz təhlükə” yaratdığına görə ona qarşı məhkəmə tərəfindən müvəqqəti uzaqlaşdırma əmri verilməsini istəyib.

Conni Dep isə mətbuat-turunda olduğundan məhkəmədə onu vəkili təmsil edib.

Qeyd edək ki, cütlük 2015-ci ildə ailə həyatı qurub. E. Hörd bir müddət öncə ərindən boşanmaq üçün məhkəməyə müraciət edib. Onlar rəsmən boşanmasalar da uzun müddətdir ayrı yaşayırlar.

***

Los-Anceles məhkəməsi Conni Depin Ember Hördə yaxınlaşmasına qadağa qoyub. Bu barədə “Asssociated Press” nəşri yazıb.

Nəşrin məlumatına görə, məhkəmə həmçinin, Depin iyunun 17-nə təyin edilmiş dindirilməyə qədər arvadı ilə əlaqə saxlamasını qadağan edib.