Maykl Ceksonun bacısı hicabda - Fotolar

maykl-ceksonun-bacisi-hicabda
Oxunma sayı: 3525

ABŞ-lı pop ulduz Maykl Ceksonun bacısı Canet Cekson Londonda görüntülənib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, keçmiş ifaçı qətərli milyarder əri Vissam Əl Mana ilə bir arada olub.

Ana olmağa hazırlaşan Canet ilk dəfə olaraq hicablı halda kameralara tuş gəlib.

Xatırladaq ki, müğənni bir müddət əvvəl İslamı qəbul etdiyi üçün ABŞ mediası tərəfindən tənqidlərə məruz qalmışdı.

Qeyd edək ki, Cekson ailə qurduqdan sonra şou aləmindən uzaqlaşmağa qərar verib.