Mahsun evlənir - Sevgilisi hüquqşünasdır+Fotolar

mahsun-evlenir
Oxunma sayı: 5522

Müğənni Mahsun Kırmızıgül Ece adlı hüquqşunasla ailə qurmaq qərarına gəlib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, toy 13 fevral tarixində baş tutacaq, ABŞ-ın Los-Angelos şəhərində reallaşacaq.

Sadə toy mərasiminə Kenan Doğulu və Beren Saat başda olmaqla, 30 nəfər iştirak edəcək.

Mahsun və Ece cütlüyü toydan bir gün qabaq ABŞ-a səfər edəcək.

Türkiyəli müğənni toya gələcək qonaqlar üçün 2 günlük gəzinti təşkil edib.

Qeyd edək ki, Mahsun Eceyə 5 min dollarlıq üzük alaraq evlənmə təklifi etmişdi.