Mahnının sözlərini unutdu, ürəyi getdi - Video

mahninin-sozlerini-unutdu-ureyi-getdi
Oxunma sayı: 4208

“X Factor” yarışma proqramına qatılan 18 yaşlı italyan iştirakçı Sabrina Fabian oxuyacağı mahnının sözlərini unutduğu üçün səhnədə huşunu itirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, seçdiyi mahnı izləyicilər tərəfindən müsbət qarşılansa da, Sabrina bir müddət sonra mahnının sözlərini unudub və çox kədərlənib. Münsiflər çıxışı üçün gənc iştirakçıya kömək etməyə çalışsalar da, Sabrina birdən huşunu itirib və səhnədə yerə yıxılıb. Müəyyən müdaxilələrdən sonra yenidən səhnəyə çıxan iştirakçı münsiflərdən 2 xeyr alaraq yarışmanı tərk edib.

Qeyd edək ki, bir qrup izləyici qızın diqqət çəkmək üçün səhnədə huşunu itirdiyini iddia edib.

Günel Hacı