Küsülü müğənnilərimizin çətin anları... - Fotolar

kusulu-mugennilerimizin-cetin-anlari
Oxunma sayı: 8093

Küsülü olan iki məşhur- Ayan Babakişiyeva və Aysel Əlizadə tədbirlərin birində görüntülənib.

“Qafqazinfo”nun məlumatına görə, “Ay Zaur” verilişində barışdıqlarını elan etsələr də iki müğənninin soyuq münasibəti diqqətdən yayınmayıb.

Ayan tədbirdə həmkarı ilə salamlaşmayıb. Hətta Babakişiyeva müğənnilər üçün ayrılan masada əyləşməyib.

Aysel Ayanla küsülü olmasına baxmayaraq qızı Selena ilə tədbir boyu əylənib.

Tədbirin sonunda aparıcı Vüsalə Əlizadənin təkidi ilə iki məşhur sima bir arada fotoqraflara poza verib. Fotolarda göründüyü kimi müğənni Aysel Əlizadənin həmkarına qarşı soyuqluğu mimikalarından hiss olunur.

Aysel Əlizadə “Qafqazinfo”ya açıqlamasında Ayanla ciddi probleminin olmadığını deyib:

“Kim dedi ki danışmırıq? Özünüz onun qızıyla mənim fotolarımı çəkdiz. Ciddi problemimiz yoxdu, olan oldu, keçən keçdi. Sadəcə elə də yaxın deyilik”.

Ayan Babakişiyeva isə həmkarı ilə münasibətinin olmadığını bildirib:

“Münasibətimiz yoxdu. Qızımla onun nə problemi ola bilər? Onunla oynasın da...O, Selenanı çox istəyir. Allah ona da qismət etsin”.

Qeyd edək ki, hər iki məşhur arasında qalmaqal ötən ilin iyun ayında baş vermişdi. Aysel Əlizadə 5/5" verilişində Ayanın aparıcı Zaur Kamalla onun arasını vurduğunu söyləmişdi.

Ayan Babakişiyevanın həmkarına cavabı sərt olmuşdu. Ayan Ayselə evində çörək kəsdiyini, ağıllı olmağını məsləhət görmüşdü.

Fotolar: Nuran