“Kösem”dən imtina etdi - 4 serialdan təklif aldı

kosemden-imtina-etdi
Oxunma sayı: 3048

Məşhur aktyor Engin Akyürek “Muhteşem yüzyıl – Kösem” serialından imtina edərək yeni layihəyə qatılıb. 

Qafqazinfo” xəbər verir ki, TİMS şirkəti “Kara para aşk” ekran işi ilə izləyici qarşısına çıxan aktyora tarixi layihədə rol alması üçün müraciət edib.

Engin “4-cü Murad” obrazını canlandırmaq istəməyib, təklifi geri çevirib. Daha sonra TİMS şirkəti aktyor Metin Akdülgerlə razılaşıb.

Akyürekə 4 serialdan əməkdaşlıq üçün təklif gəlib, serial qəhrəmanı “Şampiyon” adlı ekran işinə maraq göstərib.