Kıvanç Elçini seçdi

kivanc-elcini-secdi
Oxunma sayı: 5269

Türkiyəli aktyor Kıvanç Tatlıtuğ iki illik fasilədən sonra yeni serialla ekranlara geri dönür.

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “Ay Yapım”ın çəkəcəyi serialda rejissor Kıvança partnyor olaraq Cansu Dərə və Elçin Sanqu təklif olunub. Aktyor E. Sanqunu serialda görmək istədiyini bildirib.

“Kiralık aşk” serialında çəkilən Elçinin Tatlıtuğun əlaqəsi olduğu agentliklərdən biri ilə əməkdaşlığa başlaması da bu iddianın doğru olduğunu göstərir. Həm də aktrisa müsahibələrindən birində “Kurt Seyit və Şura”da birlikdə oynadığı Kıvança təriflər yağdıraraq onun göründüyündən də çox yaxşı və təvazökar insan olduğunu söyləyib.