“Kiralık aşk”ın ulduzu vərəmə yoluxub?

kiralik-askin-ulduzu-vereme-yoluxub
Oxunma sayı: 2842

“Kiralık aşk”ın ulduzu Barış Arduçun vərəm xəstəliyinə tutulduğu iddia edilir.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, aktyorun bir ay çəkilişlərə qatılmaması şayiələri daha da artırıb.

Xəstəxanada nəzarətə alınan Ardunçun sətəlcəm olduğu açıqlanıb. Daha sonra aktyorun sətəlcəm yox, vərəmə yoluxması barədə xəbərlər yayılıb. 

İddiaya görə, aktyorun ailəsi uşaqlıqda ona lazım olan vərəm peyvəndini etdirməyib. Hazırda Barışın serial çəkilişlərində iştirak etdiyi açıqlanıb. 

Ancaq “Kiralık Aşk”ı ərsəyə gətirən şirkət reytinqin düşməməsi üçün xəstəliyi gizlətmək məcburiyyətində qalıb.

Barış Arduç sözügedən iddia ilə bağlı bir açıqlama verməyib.