Kərim ona 1000 manat təzminat ödədi

kerim-ona-1000-manat-tezminat-odedi
Oxunma sayı: 2422

Müğənni Kərim Abbasov əməkdar artist Mehriban Xanlarovanın tələb etdiyi təzminatı ödəyib.

Bu barədə “Qafqazinfo”ya açıqlamasında əməkdar artistin özü məlumat verib.

Aktrisa bildirilib ki, ona təzminatın ödənilməsi barədə Binəqədi rayon İcra Şöbəsindən məlumat verilib:

“Proses yekunlaşıb, məhkəmə iddiamı təmin edib. Kərim sosial şəbəkədə məndən üzr istəyəcək. Mənə Binəqədi rayon İcra Şöbəsindən zəng gəldi, artıq təzminatın ödənildiyi bildirilib ( 1000 AZN). Ancaq pul hələ mənim balansıma keçməyib. Aldığım maliyyəni iki hissəyə böləcəm. Pulun bir hissəsini xəstə var, onun müalicəsinə ayıracam, digər hissəsini isə uşaq evinə bağışlayacam”.

Qeyd edək ki, K.Abbasov M.Xanlarova ilə bağlı bu sözləri yazıb:

“Həci xanım və əməkdar artist Mehriban Xanlarovanı doğrudan çox istəyirəm. Əsl nümunəvi Azərbaycan xanımıdır. Mehriban xanım, mən sizdən dönə-dönə üzr istəyirəm. Pis insan mənəm. Siz çox gözəl insansınız, belə də qalın. Mən istəyərdim ki, televiziyada olan dostlarım Mehriban xanımı tez-tez efirlərə çağırsınlar. Əsl tərbiyədən və ailə mövzusundan gözəl anlayışı olan sənətkardır və hamıya məsləhətlərini verə bilər. Mehriban xanım, sizə yalnız alqışlar düşür".

Aktrisa ilə müğənni arasındakı qalmaqal “Maşın” şouda başlamışdı. K.Abbasov sosial şəbəkədə M.Xanlarovanın ünvanına təhqirlər yazmışdı. M.Xanlarova onun şərəf və ləyaqətini alçatdığı üçün müğənni Kərim Abbasovu məhkəməyə verib. Daha sonra K.Abbasov aktrisanı onu efirlərin birində şantaj etməkdə günahlandırıb və məhkəməyə müraciət etmişdi.