Jurnalistlər boykot etdi, Röya siyahıdan çıxarıldı

jurnalistler-boykot-etdi-roya-siyahidan-cixarildi
Oxunma sayı: 11112

31 dekabrda Olimpia kompleksində keçiriləcək “Ən Yeni İl” gecəsi ilə bağlı bu gün müğənni Röyanın iştirakı ilə mətbuat konfransının baş tutacağı gözlənilirdi.

Qafqazinfo” xəbər verir ki, mətbuat bu tədbirə dəvət olunsa da, jurnalistlər Röya Ayxanla aralarında yaranan gərginlik səbəbi ilə konfransa qatılmayacaqlarını elan etmişdilər.

İndilərdə aldığımız məlumata görə, təşkilatçılar məsələdən xəbərdar olandan sonra mediaya müraciət edərək bildiriblər ki, Röya Ayxanın adı konfransda iştirak edəcək şəxslərin siyahısından çıxarılıb. Mətbuatdan isə tədbirə gələrək konfransı işıqlandırılması xahiş olunub. Odur ki, konfransda Miri Yusif tək iştirak edəcək.