İrinanın bu dəfə də bəxti gətirmir - Qayınana problemi

irinanin-bu-defe-de-bexti-getirmir
Oxunma sayı: 3324

Rusiyalı model İrina Şeyk sevgilisi Bradley Copperin ailəsi ilə ulduzu barışmayıb.

Qafqazinfo” Daily Mail-ə istinadən xəbər verir ki, milyonlarla dollar sərvətə malik 30 yaşlı model bir ildir ki, Hollivud ulduzu ilə sevgilidir.

Lakin, cütlüyün evlənməyinə hələlik B.Copperin anası Gloria Campano icazə vermir.

Bradley Cooper sevgilisi ilə evlənə bilmək üçün anası Campanoyla xoş rəftar edir və ondan icazə almağa çalışır.

İnquistir.com saytı iddia edir ki, 41 yaşlı Bradley anasının sözü ilə oturub-durur. O, hətta qala gecələrinə, qırmızı xalça üzərindən yürüyüşə, İrinina ilə tətil keçirmək üçün getdiyi məkanlara anasını da aparır.

Bu isə məşhur modelin xoşuna gəlməyir.

Xatırladaq ki, İrina əvvəlki sevgilisi Cristiano Ronaldo ilə münasibətlərinə anasına görə son qoymuşdu.