İnanmazsız, 75 yaşı oldu... - Fotolar

inanmazsiz-75-yasi-oldu
Oxunma sayı: 8984

Xalq artisti Flora Kərimova özünə ad günü keçirib.

Qafqazinfo” xəbər verir ki, xalq artisti 75 yaşını ötən gün, yəni doğumundan iki gün sonra qeyd edib.

F. Kərimova bunun səbəbini də açıqlayıb. Müğənni yubiley mərasiminin Ağdamın işğalı ilə üst-üstdə düşdüyü üçün mərasimi 2 gün təxirə saldığını açıqlayıb.

Xalq artistinin ad günü tədbirində tanınmış ziyalılar, bəstəkarlar, incəsənət dünyasının məşhur simaları qatılıb, onlar sənətkarın sevincinə şərik olublar.

Mərasimin aparıcısı Murad Arif olub, tədbiri Flora Kərimova açıb. O, gələn qonaqlara təşəkkürünü bildirib, gecədə seçmə insanların olduğunu vurğulayıb.

Flora Kərimova çıxış edən zaman məclisə xalq artisti Brilliant Dadaşova daxil olub. Xalq artisti həmkarının yubliley tədbirinə gəldiyi üçün ona minnətdarlığını bildirib. 

Uzun müddət efirlərdən uzaq gəzən B. Dadaşova yenə də jurnalistlərə açıqlama verməkdən imtina edib. O, tədbirə əylənmək üçün gəldiyini söyləyib.

Elvin Elxan