İlqarənin əməliyyatı 3-4 saat çəkib - Klinikadan açıqlama

ilqarenin-emeliyyati-3-4-saat-cekib
Oxunma sayı: 5865

Xəbər verdiyimiz kimi, xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımova əməliyyat olunub. Gənc müğənni 10 kq çəkidən azad olub.

Qafqazinfo” əməliyyatla bağlı bəzi detallar əldə edib. Belə ki, xalq artistinin qızı fevralın 9-da Liposaksiya (Piy sovurma əməliyyatı) etdirib.

İlqarənin bədənindən 8 litrə yaxın piy çıxarılıb. 

“Narkozsuz keçirilir, keyidici maddələr vurulur. Azad olmaq istədiyi nahiyələrdən dəliklər açılıb və iynələr yeridilib. Oradan piylər sovrulub. İlqarə xanımın əməliyyatı 3-4 saat çəkib. Qarın və bel nahiyəsindəki piylərdən azad olub. Bir nahiyə maksimum 2 saat çəkir”, - deyə ifaçının əməliyyat edildiyi klinikadan bildirilib.