İlkin ANS-dən üzr istəyəcək?

ilkin-ans-den-uzr-isteyecek
Oxunma sayı: 2406

Teleaparıcı İlkin Həsəni ANS-lə arasında gedən məhkəmə işindən danışıb. “Qafqazinfo”ya açıqlamasında teleaparıcı bildirib ki, kanaldan üzr istəyib-istəməyəcəyi yaxın günlərdə bilinəcək:

“Məhkəmə prosesi neçə aydır ki, davam edir. Vəkilim İntiqam müəllim özü bu yaxınlarda məhkəmə işi ilə bağlı açıqlama verəcək. O, açıqlama verəndən sonra bu haqda danışa bilərəm. Üzr istəyib, istəməyəcəyimi bilmirəm. Vəkil nə desə, o olacaq”.

Qeyd edək ki, ANS MYMŞ-nın İlkin Həsəniyə qarşı qaldırdığı iddia üzrə birinci instansiya məhkəməsi 23 sentyabr 2015-ci il tarixində yekun qətnamə qəbul edib. Qətnaməyə əsasən: “İlkin Aydın oğlu Həsənli 22 may 2015 ci il tarixində öz Facebook səhifəsində ANS-ə ünvanladığı sözləri elə həmin sosial şəbəkə vasitəsi ilə öz adından təqzib edilməklə, ANS şirkətindən, onun rəhbərliyindən və əməkdaşlarından üzr istəməlidir.


Könül
Foto: Nuran Məmmədov