“İlhamə Quliyeva, siz dahisiz...”

ilhame-quliyeva-siz-dahisiz
Oxunma sayı: 6123

“Azərbaycan mədəniyyətində və incəsənətində öz dəsti-xətti olan, ölkənin xalq aristi, “Şöhrət” və “Şərəf” ordenli böyük sənətkar İlhamə Quliyeva... Siz dahisiniz, mənim sənətkarım”.

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri müğənni Nadir Qafarzadə sosial şəbəkədə yazıb.

Sənətçi İlhamə Quliyevanın ünvanına tərif yağdıraraq ona dəstək olub:

“Sizin sənətinizi görüb, həzm etməyənlər mədəniyyətdən kənar adamlardır. İllərin sənətkarı... Vaxt gələcək sizin nə böyüklükdə sənətkar olmağınızı bir daha anlayacaqlar. “Sağlığında qiymət verin insanlara” – Cabir Novruz.

Artıq-əskik şərh yazanı bloka atacam. Mənim səhifəmdə paylaşılan hər kəsin şəklinə hörmətlə yanaşın. Kimin nəsə xoşuna gəlmirsə, səhifəmi tərk edə bilər. Hər kəs İlhamə Quliyeva ola bilməz. Elə sənətkarlar var ki, onlar əvəzolunmazdır. Guya hamı mələkdi, idealdır və səhvsizdir? Hər kəs etdiyi savab və günaha görə özü cavab verəcək. Biz Allah deyilik. Allahlıq iddiasına düşmək fikriniz olmasın”.