“İlhamə onunla vətəndaş nikahında yaşayıb”

ilhame-onunla-vetendas-nikahinda-yasayib
Oxunma sayı: 8033

Müğənni Əli Mirəliyevin qızı Samirə Mirəliyeva mərhum xalq artisti İlhamə Quliyeva barədə maraqlı açıqlamalar verib.

Qafqazinfoölkə.az-a istinadən məlumatına görə, S.Mirəliyeva bildirib ki, İ.Quliyevanın doğma övladının olması barədə deyilənlər həqiqəti əks etdirmir:

"Uşaq vaxtımdan müəyyən fasilələrlə onun yanında qalmışam. Həmişə onunla münasibətimiz çox yaxşı olub. Baxmayaraq ki, aramızda böyük yaş fərqi var idi. Ona "mama Elya" deyirdim, bu da onun xoşuna gəlirdi". Oxuyuram ki, yazırlar, İlhamə xanımın doğma övladı olub. Xeyr, bu, qətiyyən belə deyil. O, ömründə bircə dəfə hamilə olub və uşağı 7 aylıq olarkən ölü doğulub.

Bu hardasa qırx ilin söhbətidir. Uşağın atası isə Bakının tanınmış şəxslərindən biri idi və indi də sağdır, səksənə yaxın yaşı var. Sadəcə, adını çəkmək istəmirəm. İlhamə xanım bu şəxslə uzun müddət vətəndaş nikahında yaşayıb. İlhamə xanım həmişə bir qız övladının olmasını arzu edərdi".

Xatırladaq ki, İlhamə Quliyeva fevralın 25-də dünyasını dəyişib.