İkinci dəfə valideyn oldular

ikinci-defe-valideyn-oldular
Oxunma sayı: 2137

Məşhur ulduzlar Mila Kunislə Eşton Katçer ikinci dəfə valideyn olublar.

Qafqazinfo” “Spletnik.ru”ya istinadən xəbər verir ki, 33 yaşlı aktrisa ilə 38 yaşlı aktyorun oğlu olub.

Körpə noyabrın 30-da dünyaya gəlsə də, cütlüyün rəsmi nümayəndəsi xəbəri bu gün təsdiqləyib.

Uşağın adı mətbuata açıqlanmasa da, Milanın körpəsi ilə artıq evdə olduğu və vəziyyətlərinin yaxşı olduğu bildirilir.

Qeyd edək ki, Mila-Eşton cütlüyünün Uayett adlı 2 yaşlı qızları var.