“Hollywood” onlardan danışır... - Fotolar

hollywood-onlardan-danisir
Oxunma sayı: 4348

Artıq müğənni Katy Perry və aktyor Orlando Bloom jurnalistlərdən gizlənmir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, cütlük “Qızıl kürə” mükafatlandırma mərasimində görüntülənib. 

İki həftə əvvəl Los-Angelesdəki restoranda, ötən gün isə avtomobildə görüntülənən cütlüyün səmimi davranışları sevgi dedi-qodularını daha da artırıb.

39 yaşlı aktyorla 31 yaşlı müğənni sevgi şayiələrini nə təkzib, nə də təsdiq edir.

Qeyd edək ki, Orlando Bloom daha əvvəl model Miranda Kerrlə ailə həyatı qurub, cütlüyün 5 yaşlı bir övladı var.

Müğənni Katy Perry isə 2012-ci ildə komediya aktyoru Russel Brandlə boşanıb.