Hollivud ulduzuna qarşı ölüm təhdidi

hollivud-ulduzuna-qarsi-olum-tehdidi
Oxunma sayı: 1184

Məşhur Hollivud ulduzu Tom Kruz ölüm təhdidi ilə üzləşib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Sayentologiya təriqətinin fəallarından olan aktyor polisə şikayət ərizəsi ilə müraciət edib.

Təriqətin mərkəzi binasına naməlum şəxs zəng edib, Hollivud ulduzunu öldürəcəyini qeyd edib.
Bundan xəbər tutuan Kruz polisə müraciət edib.

Xatırladaq ki, Tom Kruz Sayentologiya dinini qəbul edib.

Qeyd edək ki, 1954-cü ildə Sayentologiya din kimi ABŞ-da, Los Angeles şəhərində fəaliyyətə başladı. Sayentologiyanın "din" adlandırılması çox böyük mübahisələrə yol açdı. Çünki o, xristianlığın əsas təlimlərindən fərqli ideyalar irəli sürür.

Eyni zamanda, o vaxtadək Sayentologiyanı elm kimi nəzərdən keçirən bir çox adamlar onun dini mahiyyət daşıması iddiasını qəbul etmirdilər.