Hollivud ulduzuna ağır itki - Küsülü olduğu anası öldü

hollivud-ulduzuna-agir-itki
Oxunma sayı: 1591

Jennifer Anistonun eks- model və aktrisa anası Nancy Dow dünyasını dəyişib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 79 yaşlı aktrisa ötən gün həyatını itirib. 47 yaşlı Hollivud ulduzu anasının ölümü barədə “People” jurnalına açıqlama verib.

“Böyük bir kədərlə demək istərdik ki, anamız Nancy Dow həyatını itirdi. Uzun bir xəstəlik müddətində olan anamı ailəsi və yoldaşları tək buraxmadı”, - deyə Aniston bildirib.

Xatırladaq ki, bir müddət əvvəl aktrisanın səhhəti birdən-birə pisləşərək xəstəxanaya aparılmışdı. Qonşularının sözlərinə görə, eks-modelə onlar baxır, qızı maraqlanmırdı. Hətta, 47 yaşlı Hollivud ulduzu anasını xəstəxanada ziyarət etməmişdi.

Qeyd edək ki, Aniston müsahibəsində anasıyla küsülü olduğunu bildirmişdi:

“Anam çox kinli və əsəbi bir qadındır. Davamlı olaraq dalaşırdıq, mənə həmişə qışqırırdı".
Xatırladaq ki, anası yazdığı kitabda qızını tənqid etmiş, bu isə Anistonun xoşuna gəlməmişdi.