Hollivud ulduzu Türkiyədə niyə ağladı? - Fotolar

hollivud-ulduzu-turkiyede-niye-agladi
Oxunma sayı: 2008

Məşhur Hollivud ulduzu Lindsay Lohan Türkiyənin Sultanbeyli ərazisində yaşayan suriyalı ailəni ziyarət edib.

Qafqazinfo” xəbər verir ki, Lohana Gənclik və İdman nazirinin müavini Abdurrahim Boynukalın və Sultanbeyli bələdiyyyəsinin müavini Zafer Söğütçü yoldaşlıq edib.

Tanınmış aktrisa əvvəlcə Mühacirlərə Yardım Mərkəzinin rəhbəri ilə görüşüb, qaçqınlar barədə məlumat əldə edib.

Lohan daha sonra suriyalı ailənin evini ziyarət edib. O, Hələbdə ayağından zədələnən ata Məhəmməd Hüseynin necə yaralandığını bilmək istəyib. Hollivud ulduzu bu zaman göz yaşlarını saxlaya bilməyib.

Bu anda ailənin kiçik qızı Heyanı qucaqlayıb, ağlamağa davam edib.

Lohan daha sonra ailəyə aldığı hədiyyələri təqdim edib.