“Həyat yoldaşımın haqqına girirsiniz...” - Samir Piriyev

heyat-yoldasimin-haqqina-girirsiniz
Oxunma sayı: 8969

Müğənni Samir Piriyev ikinci dəfə ailə həyatı qurandan sonra birinci xanımından olan övladına baxmadığı ilə bağlı irəli sürülən iddialara cavab verib.

“Qafqazinfo” gecce.az-a istinadən xəbər verir ki, övladları üçün ölümə getməyə belə hazır olduğunu bildirən Samir haqsızlıqların qarşısında susmamağa qərar verib.

"Bəzi ağzıgöyçəklərə demək istəyirəm ki, gedin, həyatınızın eyiblərini örtün. Başqasının şəxsi həyatına, ailəsinə burnunuzu soxmayın. Hər şeyi bilən tək Allahdır. Heç kimin haqqına girməyin, günahını almayın! Siz heç kimdən ağıllı deyilsiniz ki, kiməsə ağıl verəsiniz.

Əgər düşünürsünüz ki, mən o biri balamla maraqlanmıram, görmürəm onu, demək, sizin qəlbiniz qaradır. Deməli, siz elə görmək istəyirsiniz. Mən atayam, 3 balam var. Hər biri mənim canımdır, ciyərimdir, qanımdır. Onlara görə ölümə gedərəm. Hamısının da arxasında dağ kimi dayanmışam. Allah nə qədər ömür versə, o qədər də dayanacam inaşallah. Amma siz həqiqəti bilmədən, mənim və xanımımın haqqına girirsiniz. Allahdan qorxun. Əgər mən tüfeyli həyat istəsəydim, indi belə gözəl ailəm olmazdı.

Bir insana başqasının eyibini açmaq yaraşmaz. Siz nə qədər məni günahkar hesab etsəniz də, ailə barəsində mən ölənə qədər susacam. Bu yazını isə sizin bundan sonra günahlarınızın artmaması üçün əməllərinizə diqqət etmənizi istəyərək yazdım... Adamı peşman etməyin, balası ilə şəkil paylaşanda..."