“Həbs olunan”, “qabırğasını çıxartdıran” şou əhli... - Fotolar

hebs-olunan-qabirgasini-cixartdiran-sou-ehli
Oxunma sayı: 6621

“Star life” verilişi müğənnilər arasında sorğu aparaq, onların özləri haqqında eşitdikləri dedi-qoduları soruşub.

“Qafqazinfo” axşam.az-a istinadən həmin sorğunu təqdim edir:

Əməkdar artist Ədalət Şükürov –Deyirlər mənim biznesim var. 8 ildir heç bir biznesim yoxdur.

Müğənni Sevda Yahyayeva – Bir ara deyirdiler ki, Sevdanin saçı yoxdu, keçəldir. Saçlarım qalın deyil. Arada qaynaq etdirirəm, amma çox vaxt öz saçımdır.


Müğənni İlhamə Qasımova – Deyirlər ki, uşağım var. Hətta xalamla mübahisə edirdilər ki, evdən gizlədir, varıdır.

Meyxanaçı Namiq Qaraçuxurlu – Yayılmışdı ki, Namiqi polis saxlayıb, İlhamə Quliyeva onu azadlığa buraxdırıb. Niyə olmuşdu yadımda deyil.


Müğənni İzzət Bağırzadə – Bir dəfə kanalların birində qonaq idim. Verilişin rejissoru məni görəndə təəccübləndi. Deyir ki, xəbər yayıblar ki, “İzzəti restorandan çıxanda güllələyiblər”.

Müğənni Gülay Zeynallı – İnsatqramda şəkil paylaşmışdım. Bir-iki xanım yazdı ki, botoks etdirmisiniz? Çox pis olmuşdum.

Müğənni Zamiq Hüseynov - Əvvəllər daha çox dedi-qodular yayılırdı. İndi yoxdur.

Müğənni Sevil və Sevinc – Demişdilər ki, “Əkizlərin qarajda “Bentley”i var”.

Müğənni Xatun Əliyeva – Deyirlər ki, qabırğalarını çıxartdırıb, beş evi var, gözəllik salonu açıb.