“Hamımız itirmişik, hələ ki, çabalayırıq…” - Röya

hamimiz-itirmisik-hele-ki-cabalayiriq-
Oxunma sayı: 12586

Müğənni Röya Ayxanın “Qafqazinfo”ya müsahibəsi

-Son olaylardan danışaq. Bahalaşmalara, dolların qalxmasına münasibətiniz necədir?

-Bu il vəziyyət çətinləşib. Bunu deməyə haqqım var, çünki seçilən insanlardan biriyəm. Heç kim fikirləşməsin ki, təkdir. Hamının əziyyəti var. Sadəcə, bu, böyük sınaqdır. Bu sınağın nə olduğunu sizə başa salım. Bir ailədə 5 nəfər varsa, onların hamısı işləməlidir. Bir ailədə bir adam yox, bundan sonra bütün dünyadakı kimi 5 adamın 5-i də işləməlidir. Bizdə necədir?

Utanıram da deməyə, təkcə mən işləyirəm və hamıya mən baxıram. Kimisə əsgərliyə aparanda, ərə gedəndə cehiz üçün məni yığırlar. Hamıya uğur və səbir arzulayıram. Əslində məsələ ciddidi. Hamımız itirmişik. Adi mağazaya girib nəsə alanda görürsən ki, xeyli itirirsən. Yenə də deyirəm. Bu, bizdən asılı bir şey deyil. Dünyada baş verən prosesdi. Hələ ki, çabalayırıq. Allaha qurban olum ki, bu ölkəyə hər şey verib. Nə su basır, nə zəlzələ olur. Hər şey yaxşı olacaq.

- Vergilər Nazirliyi şou-biznes üzvlərini silkələdi…

- Bir söz deyim. Eşitmişəm bu barədə ki, xeyli borcları yığılıb. Mənim heç bir borcum yoxdu. Çünki ömür boyu vergimi ödəmişəm. Bizim heç bir problemimiz yoxdur.

- Oğlunuz artıq sizə müəyyən müdaxilələr edir…

-Hələ balacadı, ancaq hərdən hirslənir. Ən çox fanatlarım fotolarımı instaqramda paylaşır. Gəlib mənə deyir ki, sənin şəkillərini niyə qoyurlar? Mən də ona deyirəm ki, sən hardan girib görmüsən? Cavab verir ki, sən mənim anamsan, onun anası deyilsən. Şəklini paylaşmasınlar. Əsəbləşəndə məni votsapda bloka atır. İnanmayacaqsız… Yolda votsap yükləmişəm. İnstaqramı hələ yoxdu. Böyüyəndə nə istəyir eləsin. İstəyir həyatımı, ömrümü alsın. Bir dənə onun üçün yaşayıram. Qohumlarıma, valideynlərimə deyirəm ki, imkan verin onu sağ-salamat saxlayım. Onların hər şeylərini etdim. İndi qoy uşağımı oxutdurum. Düzdü, onlar əl çəkən deyillər.

- Çox arıqlamısız. Məqsədli şəkildədi?

- Xeyr, İstanbula gedəndə həmişə arıqlayıram. Çünki orada yemək yeyə bilmirəm. Ancaq balıq yeyirəm. Nə qədər balıq yemək olar? 3 gündən sonra mədə imtina edir. Ağ pendirlə də yaşayıram.

-Yeni ildə planlarınız nədir?

-Gələn il böyük işlər görəcəyik. İnşallah böyük bir sənətkarla işbirliyi quracağıq. Qadın müğənni olacaq. Sənətini çox sevirəm. Bakıda konsert verməyəcəm. Gələn il ancaq Türkiyədə tanıtım xarakterli konsert verəcəm.

Elvin Elxan

Fotolar: Nuran