Hadisə qalmaqallı geyimindən yazdı - “Sayənizdə çox satıldı...”

hadise-qalmaqalli-geyiminden-yazdi
Oxunma sayı: 3144

Hadisə “O Səs Türkiyə” yarışmasında istifadə etdiyi transparan geyimi barədə açıqlama yayıb.

Qafqazinfo” xəbər verir ki, tənqid olunan və birmənalı qarşılanmayan libas sənətçinin bacısı Derya Açıkgözün imzasını daşıyır.

31 yaşlı sənətçi geyimin 637.5 TL olduğunu bildirib.

Hadisə sosial şəbəkədə yazıb ki, həmin libas ən çox satılanlar siyahısına daxil olub.

“Bu üstümdə gördüyünüz geyimi çox tənqid etmişdiz. Sizlərə təşəkkür edirəm. Ən çox satılan geyim olub. Bizə paxıllıq edənlərə salam olsun. Açıkgöz bacıları olaraq “sevgiylə qalın, əsəbiləşməyin” deyirik”.