“Guya, pis xəstəliyə tutulmuşam...” - Fatimə

guya-pis-xesteliye-tutulmusam-
Oxunma sayı: 2484

“Son zamanlar mənim haqqımda sağlamlığımla bağlı ağlasığmaz rəy formalaşdırmağa çalışırlar. Guya, ağır xəstəyəm. Bəli, qrip olmağımla bağlı müsahibə vermişəm. Bunu şişirdib pis xəstəlik ediblər”.

“Qafqaazinfo”nun məlumatına görə, bu sözləri rəqqasə Fartimə Fətəliyeva sosial şəbəkədə yazıb.

Fatimə bunların boş şayiə olduğunu qeyd edib:

“Başa düşmürəm adi qrip nə vaxtdan ağır xəstəlik olub? Dostlar, bunlar sadəcə boş şayiələrdir. Mən sağlamam və işlərimin başındayam. Hələ sizlərə çox gözəl rəqs hədiyyə edəcəm. Bu söz-söhbət nə sizi, nə də məni ruhdan sala bilər. Gümraham, sağlamlığımda yerində. Bu günümüzə şükürlər olsun”.