Gürcüstanı o təmsil etmək istəyir - Video

gurcustani-o-temsil-etmek-isteyir
Oxunma sayı: 2759

Bu ilin may ayında Ukraynanın Kiyev şəhərində “Eurovision” mahnı müsabiqəsi keçiriləcək.

Qafqazinfo” xəbər verir ki, artıq bir neçə Avropa ölkəsi öz təmsilçilərinin adlarını açıqlayıb.

Gürcüstan isə hələ də müğənni nümayəndələrini seçə bilməyən ölkələr sırasındadır. Ölkənin milli seçim turu yanvarın 20-də baş tutacaq. Artıq 25 iştirakçı təmsil edəcəyi mahnı və klipi təqdim edib. Onlar arasında ən çox müzakirə olunan və bəyənilən Malibudur.

Lakin, qrupun “Eurovision” üçün nəzərdə tutduğu “We Live Once” mahnısına çəkdirdiyi klip birmənalı qarşılanmayıb. Belə ki, Malibu ekran işində homoseksualizmi təbliğ edib, açıq-saçıq səhnələrə yer ayırıb.

Onun bu addımı gürcü mediasında təndiq olunub. Həmçinin, ölkənin aparıcı forumları mövzunu müzakirəyə çıxarıb.

Qeyd edək ki, Azərbaycanı müsabiqədə Diana Hacıyeva təmsil edəcək.