Güloğlu 153 nəfəri məhkəməyə verdi

guloglu-153-neferi-mehkemeye-verdi
Oxunma sayı: 1107

Türkiyədə 15 iyul hərbi çevrilişə cəhd gecəsindən sonra avqustun 7-də İstanbulda keçirilmiş “Demokratiya və Şəhidlər Mitinqi”ni şou adlandıran müğənni Sıla Gəncoğlunu tənqid edən Davud Güloğlu sosial mediada təhqirlərlə üzləşib.

Qafqazinfo” Axşam.az-a istinadən xəbər verir ki, ifaçı onu təhqir edən 153 nəfəri məhkəməyə verib.

Onların arasında “Habertürk” qəzeti və orada çalışan jurnalist İpək Durkal da var.

Müğənninin vəkili bildirib ki, D.Güloğlu mitinqlərdə hər zaman ön cərgələrdə yer alıb və onun haqqında səsləndirilənlər həqiqəti əks etdirmir.