Gülben Ergen sürücüsüylə sevgilidir?

gulben-ergen-surucusuyle-sevgilidir
Oxunma sayı: 3126

Müğənni Gülben Ergen sürücüsü ilə sevgili olması barədə yayılan xəbərlərə münasibət bildirib.

Qafqazinfo” xəbər verir ki, sənətçi “Sabah” qəzetinin hazırladığı məqaləyə sərt reaksiya verib .

Ergen tvitterdə paylaşım edərək bu cür xəbər yazanları qınayıb:

“Boşandım, həyatımda heç kəs yoxdur deyə aylardır adımın yanına tanımadığım, üzünü görmədiyim insanları yapışdırdılar. Amma buna “pes”!

Ayıb olsun, dost dediyim, uşaqlarımın atasının qohumu olan, evimizin sevinci, övladlarımın mənəvi qardaşıyla mənim adımı bir yazan şəxslərə…”