Gökbahar “Receb İvedik 5”lə bağlı qərar verdi

gokbahar-receb-ivedik-5le-bagli-qerar-verdi
Oxunma sayı: 2943

Türkiyəli komediyaçı və rejissor Şahan Gökbahar “Receb İvedik 5”in gizliliyini qorumaq üçün tədbir görüb.

Qafqazinfo”nun məlumatına görə, bu barədə rejissor İnstaqram hesabında yazıb.

“Dəyərli İnstaqram izləyicilərim, həyəcanınızı və yaxşı niyyətinizi başa düşürəm. Lakin filmdən çəkdiyiniz videoları sosial şəbəkədə (Feysbuk, İnstaqram, Tvitter, Periskop) yaymağınız düzgün deyil. Hər kəsə öncədən xəbərdarlıq etmək istəyirəm ki, ciddi bir komanda bu işi izləyir və hüquqi yollardan istifadə olunur. Xahiş edirəm, bu mövzuda bir-birimizi anlayaq və diqqətli olaq. Anlayışınıza görə indidən çox təşəkkür edirəm”.

Xatırladaq ki, “Receb İvedik “ filmində yer alan türk və azərbaycanlı boksçuların döyüş səhnəsi və aralarındakı dialoq Azərbaycan və Türkiyədə birmənalı qarşılanmamışdı. Bir çox etirazlardan sonra Gökbahar həmin səhnəni filmdən çıxardığını bəyan etmişdi.