Fuad Əlişovdan ayrılan Sevinc - “Onunla düşmən deyilik”

fuad-elisovdan-ayrilan-sevinc-
Oxunma sayı: 8984

Model, aktrisa Sevinc Əlişova rejissor həyat yoldaşı Fuad Əlişovdan ayrıldıqdan sonra ilk dəfə danışıb.

 “Qafqazinfo” “Axşam.az”a istinadən Sevincin şəxsi həyatı ilə bağlı veridiyi açıqlamanı təqdim edir: 

Boşanması ilə bağlı sualları cavablandırmaq istəməyən S.Əlişova bildirib ki, gündəmdən uzaqlaşmasına səbəb depressiya olmayıb:

 “Həyatımda hər şey yaxşıdır. Depressiyaya düşənə oxşayıram? Ayrılıq haqda danışmaq istəmirəm. Biz Fuadla düşmən deyilik. 3 balamız var. Onların xeyir işlərində hər zaman bir olacağıq. Bizimki də bura qədər imiş”.

 “Ayrıldıqdan sonra sosial şəbəkədən də uzaqlaşdınız” sözlərinə Sevinc belə cavab verib: 

“İnsana hərdən özü ilə qalmaq lazımdır. Sosial şəbəkələrdən istifadə edirik, getdikcə insanlarla ünsiyyəti itiririk. İstədim bir müddət yaxınlarımla, balalarımla baş-başa qalım. Bununla heç nə itirmədim. İndi vaxtımı uşaqlarımla keçirirəm”.

Aktrisa sənət aləmindən tamamilə uzaqlaşdığını bildirib:

 “Tam başqa bir sahədə çalışıram. Modellikdən, aktrisalıqdan uzaqlaşmışam. Mənə maraqlı bir təklif gəldi və qəbul etdim. Bakıya ilk dəfə gətirilmiş bir brendin administratoru kimi çalışıram”.

“Sizi bir vaxtlar “Səs Azərbaycan” layihəsinin tanıtım çarxında gördük. Amma çarx sonra dəyişdirildi və başqa xanım çəkildi. Deyilənə görə, Fuad Əlişov sizin bu sahədə olmağınızı istəmədiyi üçün tanıtım çarxı dəyişdirilib” sözlərinə Sevinc belə münasibət bildirib:

 “Müştərinin seçimi başqa model oldu. Mən orada prodüser-kordinator kimi çalışırdım. Model çəkilişə gecikdi, yerinə mən çəkildim. Sonra isə qərar dəyişdi. Mən həmişə işləmişəm, işləyirəm və işləyəcəyəm də. Amma aktrisalıq etməyəcəyəm. Bəlkə yoruldum, bəlkə böyüdüm. Maraqlı film dəvəti olsa, qəbul edərəm. Amma əvvəlki kimi klip, reklam və digər xırda işlər olmaz. 3 uşaq anasıyam, balalarıma layiq olmalıyam”.